Cəlilabadda 11 yaşlı uşağı avtomobil vurub

 01:31 17.05.2019     354

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Qurbanlı Nasir Elçin oğlu minik avtomobili tərəfindən vurulub.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən