Blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq

 12:26 17.05.2019     221

Azərbaycanda bu ilin sonunadək blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Bankın baş informasiya inzibatçısı Fərid Osmanov deyib.

O qeyd edib ki, bu, Azərbaycanda 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının imzalanması ilə başlamış pilot layihədir.

F.Osmanov qeyd edib ki, 2019-cu ilin əvvəlində müvafiq prototip yaradılıb:

“Hazırda blokçeyn texnologiyasının tətbiqi üçün müvafiq orqanlarla gələcək addımların üzrə plan hazırlanır”.

Onun sözlərinə görə, bu məsələdə əsas məqsəd gələcəkdə Azərbaycanın maliyyə imkanlarını genişləndirəcək açıq bankçılıq modelinin yaradılmasıdır.

Vumart və Güvən reklamı Vumart Güvən