BNA: Bu küçələrdə işıqfor işləmir - SİYAHI
Elektirik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində işıqforlar fəaliyyət göstərmir.
Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.
Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.












