Buraxılış imtahanından 2 şagird maksimal bal toplayıb
"Həmin şagirdlər Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunlarıdır".
Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib:
"Bu gün 11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 7-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub. Bu imtahanda 27660 nəfər şagird iştirak edib və onlardan 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb". Qeyd edək ki, buraxılış imtahanında abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənnlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür.
Gülşən Şərif / Redaktor.az












