Göygöldə 30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb

 06:47 18.05.2019     313

Göygöl rayonunda 30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində yerləşən müalicə müəssisəsində baş verib. 

Belə ki, həmin müəssisədə müalicə alan 1989-cu il təvəllüdlü A.P. binanın üçüncü mərtəbəsindən yıxılıb. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Qadının intihara cəhd göstərdiyi də ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən