Zaqatalada 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü

 18:38 18.05.2019     501

Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az ONA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Suvagil kəndində baş verib. 2016-cı il təvəllüdlü Toğrul Adil oğlu Heydərov yaşadığı evin həyətyanı sahəsində oynayan zaman ərazidə olan “KamAz” markalı yük maşınının təkəri üstünə düşüb. Hadisədən sonra üç yaşlı T. Heydərov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən