"Krım tatarlarının vətənini işğaldan azad edəcəyimizə inanıram" - Zelenski

 15:53 18.05.2019     390

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ölkəsinin Krımı qaytaracağına inandığını bildirib.

Redaktor.az ONA-ya istinadən bildirir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

"Krım tatarlarının vətənini işğaldan azad edəcəyimizə inanıram. Bu yol nə qədər uzun olsa belə, biz bu yolu krımlılarla birgə keçəcəyik. Unutmayın ki, ən qaranlıq gecə də şəfəqlə sona çatır", - deyə o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən