Sumqayıtda zavodda ölüm hadisəsi olub
Sumqayıtda ölüm hadisəsi baş verib.
Redaktor.az ONA-ya istinadən bildirir ki, hadisə Etilen-polietilen zavodunda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Gəncəliyev Fuad Məmmədsəfa oğlunun sanitar qovşaqda qəflətən vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir. Mərhumun nəşi müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.












