Bakıda avtomobil işıq dirəyinə dəyib, sürücü ölüb

 01:54 19.05.2019     351

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az ONA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Zabrat yolunda hərəkətdə olan "VAZ 2107" markalı minik maşını işıq dirəyinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən