Bakıda ticarət mərkəzində baş vermiş yanğında 2 FHN işçisi XƏSARƏT ALIB
"Zagulba Mall" ticarət mərkəzində baş vermiş yanğında 2 nəfər FHN işçisi tüstüdən boğulma təhlükəsi yaşayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata əsasən, FHN işçiləri Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Zagulba Mall" üçmərtəbəli ticarət mərkəzində yanğın hələ də davam edir. Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. 4 nəfər hospitalizasiya edilib. 3 nəfər - 2 qadın, 1 kişi taksikologiyaya, digər bir qadın isə qıcolma ilə 26 BŞX-ya (26 saylı Birləşmiş Şəhər Xəstəxanası) yerləşdirilib. Bir neçə nəfərə isə yerində yardım göstərilib.
Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.
Xəyalə Məmmədova












