Azərbaycan bayrağına qarşı daha bir HÖRMƏTSİZLİK... - FOTOLAR

 12:21 19.05.2019     2300

Ötən gün "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi baş tutub.

Redaktor.az xəbər verir ki, yarışmanın builki qalibi Hollandiya olub, Azərbaycan isə yeddinci pillədə qərarlaşıb.

Lakin diqqətdən yayınmayan məqam növbəti dəfə Azərbaycan bayrağına edilən hörmətsizlik olub.

Belə ki, Rusiyanın Azərbaycana 12 xal verməsi zamanı iştirakçılarımızdan birinin əlində bayrağımızın rəngləri səhv sıralamada nümayiş olunub. Bayraqda göy, qırmızı, yaşıl əvəzinə yaşıl, qırmızı, göy rəngləri olub. 

Sözügedən görüntünü təqdim edirik:

Sevda Bayramova / REDAKTOR.AZ

22