Dünyada hər ay ən azı bir xalqın dili yox olur - YUNESKO

 13:49 19.05.2019     309

Dünyada hər ay ən azı bir xalqın dili məhv olur.

Redaktor.az ONA-ya istinadən bildirir ki, bunu "RİA Novosti"-yə YUNESKO-nun şöbə müdiri Boyan Radoykov bildirib.

B. Radoykov deyib ki, ayda bir dəfə, bəzən də bir həftədə, iki həftədə dünyada bir dil sıradan çıxır:

"YUNESKO məhv olmaq təhlükəsi ilə üzləşmiş dillərin atlasını yaradıb. Biz bununla həmin dilləri qorumağa və gələcək nəsillərə çatdırmağa çalışırıq.  Hazırda dünyada 5-6 min arasında köklü dillər var. Böyük ehtimalla, növbəti 50 ildə dünyadakı dillərin yarısı olmayacaq. Elə dil var ki. 2-3 nəfər danışır, onlar öldükdən sonra həmin dili yaşadanlar qalmır".

Qeyd edək ki. BMT Baş Assambleyası 2019-cu ili Xalqların Dilləri İli elan edib. Məqsəd dillərin qarşılaşdığı risklərə diqqət çəkməkdir.

Vumart və Güvən reklamı Vumart Güvən