Ərəb ölkələri TƏCİLİ TOPLANIR - 30 maydan gec olmayaraq

 16:38 19.05.2019     394

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ərəb ölkələrinin təcili toplanmasını istəyib.

Redaktor.az Axar.az-a istinadən bildirir ki, toplantı 30 may tarixindən gec olmayaraq keçirilməlidir.

Bu cür addımın atılmasına səbəb İranla münasibətlərin kəskinləşməsi olub. Səudiyyə Ərəbistanı XİN isə dünya ictimaiyyətini İrana qarşı sərt mövqeni qoruyub saxlamağa çağırıb.

Öz növbəsində BƏƏ də Səudiyyə Ərəbistanının bu çağırışını dəstəkləyib, dünyadan sülh və sabitliyin bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb edib.

Vumart və Güvən reklamı Vumart Güvən