Şamaxıda avtomobil aşıb - Xəsarət alanlar var
Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az ONA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Mərzəndiyə kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı Sabirabad sakini, 1994-cü il təvəllüdlü Əsədov Rəşad Qismət oğlu və Bakı sakini 1995-ci il təvəllüdlü Babayev Famil Vaqif oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.












