“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi - Qərb zonasında

 23:59 19.05.2019     520
Hazırda Qərb zonasında yağış və ildırımla müşahidə edilən güclü külək əsir.
 
Qurumun mətbuat xidmətindən Redaktor.az-a daxil olan məlumata görə, güclü küləklə əlaqədar olaraq Şəmkir, Daşkəsən, Gədəbəy və bir neçə rayonlarda “Azərişıq” ASC qabaqlayıcı tədbirlər həyata keçirib. Baş verə biləcək hər hansısa qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib.
 
Hazırki vəziyyətə əsasən, hər hansısa qəza hadisəsi qeydə alınmayıb. Abunəçilərin elektrik enerjisi ilə fasiləsiz və davamlı təmin olunması üçün maksimum işlər görülür. Texniki Departamentin əməkdaşları maşın mexanizmlərlə fasilə yaranarsa, məhdudiyyəti aradan qaldırmaq üçün tam hazırdır.
 

 

Vumart və Güvən reklamı Vumart Güvən