Bakının mərkəzində minik avtomobili yük maşını ilə toqquşdu - VİDEO

 12:24 20.05.2019     405

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə ciddi xəsarətlər alan olmasa da, minik maşınına ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən