İNANILMAZ: Bu ölkədə 4 saata yaxın ORUC TUTURLAR

 19:27 20.05.2019     938

Dünya ölkələrində oruc tutma müddətinin fərqli olması oruc tutanların marağına səbəb olur.

Bəzi ölkələrdə orucun müddəti 12-13 saat olsa da, bəzilərində bu müddət 20-21 saatadək davam edir. Maraqlıdır ki, bu dərəcədə saat fərqi və fasiləsi orucun savabına necə təsir edir?

İlahiyyatçı Elşad Miri Redaktor.az-a açıqlamasında bildirib ki, orucluq müddəti mövsümə uyğun dəyişdiyinə görə orucun savabına təsiri yoxdur:

“İslamın mahiyyəti sadəcə ac, susuz qalmaq, yaxud kəsdiyimiz qurbanın əti və qanı deyil. İnsanın məsuliyyətli davranışının Allaha çatmasıdır. Yəni, orucluqda əsas məqsəd pis vərdişlərdən uzaq olmaqdır. Dünya ölkələrində insanların neçə saat oruc qalması əsas mahiyyət deyil. Oruc tutan şəxsin həmin ərəfələrdə öz dilini və nəfsini saxlaması vacibdir”.

Qeyd edək ki, ən az oruc tutan ölkə Omandır. Omanda yerləşən Vekan kəndində müsəlmanlar 3 saat 30 dəqiqə oruc tuturlar. İslandiyanın paytaxtı Rekyavik, İsveçin Kiruna və Norveçin Tromse şəhərlərində Ramazanın ilk günü 22 saata yaxın oruc tutulub. Azərbaycanda isə oruc tutanlar təxminən 17 saat 30 dəqiqə iftarı gözləməli olurlar.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən