Mehriban Əliyeva və Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib - FOTOLAR

 15:01 20.05.2019     365

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib.

Redaktor.az-ın xəbərinə görə, Mehriban Əliyeva sosial şəbəkədəki rəsmi hesabında ziyarətgahdan şəkillər paylaşaraq Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb.

"İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm" -deyə Birinci vitse-prezident vurğulayıb. 

22222
Vumart və Güvən reklamı Vumart Güvən