Təhsil Şöbəsinin keçmiş rəhbərinin cinayət işi məhkəməyə göndərilib

 21:57 20.05.2019     278

Mənimsədə təqsirləndirilən Balakən rayon Təhsil Şöbəsinin keçmiş rəhbəri Mahir Dibirov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki,cinayət işi materialları araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşad Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 4-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə M. Dibirovdan başqa 12 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlar təhsil şöbəsinə məxsus əmlakı mənimsəməkdə təqsirləndirilirlər.

Vumart və Güvən reklamı Vumart Güvən