Yevlaxda avtomobil 54 yaşlı kişini evinin qarşısında vurub

 00:59 21.05.2019     331

Yevlaxda avtomobil 54 yaşlı kişini evinin qarşısında vurub.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax şəhərində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil yerli sakin, 1965-ci il təvəllüdlü Maqsud Quliyevi yaşadığı evin önündə vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən