Goranboyda ağır yol qəzası baş verib

 07:33 21.05.2019     282

Goranboyda yol qəzası olub.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, Xəyal Bağırovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Bəxtiyar Musayevin idarə etdiyi "VAZ 2110" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobildə olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən