"Azərbaycanda Olimpiya idman komplekslərinin yalnız 5-10 faizi özünü saxlaya bilir" - Hesablama Palatasının sədri
"Ölkədə Olimpiya idman komplekslərinin 90 faizi dövlət büdcəsi hesabına saxlanır".
Redaktor.az bildirir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülmməmədov deyib.
Onun sözlərinə görə, Olimpiya idman komplekslərinin yalnız 5-10 faizi özünü saxlaya bilir:
"Özünü saxlaya bilən komplekslərdən Kürdəmir və Tovuz Olimpiya idman komplekslərini qeyd edə bilərəm”.












