DİQQƏT: Bu yollarda rənglənmə işləri aparılır

 15:50 21.05.2019     372

Bakı şəhəri, Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, bundan başqa, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən "Vaz" dairəsinə qədər hissədə də aparılacaq.

İşlər axşam saat 22:00-dan səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.