Sabunçu bazarında yanğın - FOTO
Sabunçu qəsəbəsində yerləşən bazarda yanğın baş verib.
Redaktor.az müsavat.com-a istinadən xəbər verir ki, bu gün Sabunçu bazarındakı mağazalardan biri yanıb.
Plastik qapı və pəncərə satılan mağazada baş verən yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Hadisə yerinə gələn FHN əməkdaşları yanğının yaxınlıqdakı kafeyə və mağazalara keçməsinin qarşısını alıblar.













