DİN-dən “Tarqovı”nın bağlanmasına MÜNASİBƏT

 16:58 21.05.2019     454
Daxili İşlər Nazirliyi  mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.
 
DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Redaktor.az-a açıqlamasında bildirib ki, mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil:
 
"Vətəndaşların gediş-gəlişinə məhdudiyyət qoyulacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Elə bir informasiya yaymamışıq".
 
Qeyd edək ki, mətbuatda Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, yerli sakinlərin Bakının bir sıra küçə və prospektlərində sıx hərəkətinə məhdudiyyət qoyulacağı ilə bağlı məlumat yayılıb.
 
Gülşən Şərif / Redaktor.az
Vumart və Güvən reklamı Vumart Güvən