Sərnişinlərin DİQQƏTİNƏ! - Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

 21:17 22.05.2019     368

Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən məlumata görə, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

2
Vumart və Güvən reklamı Vumart Güvən