“Gürcüstan Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqları davam etdirməyə hazırdır” - Gürcüstan XİN

 23:17 22.05.2019     349

“Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqların strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun davam etdirməyə hazırdır”.

Redaktor.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmisi Vladimer Konstantinidi jurnalistlərə bildirib.

O deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın 23-24 may tarixində Bakıda keçiriləcək ilk rəsmi iclası detalların çoxluğu və məsələlərin əhəmiyyətini nəzərə alaraq dinamik keçəcək.

XİN nümayəndəsi komissiyanın iclasından sonra müzakirə olunan məsələlər barədə konkret məlumat təqdim olunacağını qeyd edib.