Bakıda 22 yaşlı gənc bıçaqlanıb

 00:39 23.05.2019     347

Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Həmidli Azad Alim oğlu Moskva Univermağının yanında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib. Ona qarın divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat olunub.