Beyləqanın Birinci Şahsevən kəndində yanğın olub

 04:41 23.05.2019     362

Beyləqan rayonunda yanğın baş verib.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 290 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.