Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

 09:18 23.05.2019     359

Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) hərbçilərinin də iştirakı ilə hərbi təlimlər başlayıb.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Erciyes-2019 Tatbikatı" təlimləri Kayseridə keçirilir. Bu təlimlərdə həmçinin Pakistan və Gürcüstan HHQ də iştirak edir.

Qeyd edək ki, təlimlərdə müşahidəçi qismində Rumıniya, ABŞ, İtaliya və Qətər nümayəndələri iştirak edir.

Vumart və Güvən reklamı Vumart Güvən