Biləsuvarda mikroavtobus yük maşını ilə toqquşub - 4 nəfər ölüb

 09:48 23.05.2019     329

Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.