Bu il kollec məzunlarının ali məktəbə qəbul şansı çox olacaq

 12:00 23.05.2019     407

Bu il kollec məzunlarının ali məktəbə qəbul şansı çox olacaq.

Redaktor.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, qəbul planının artması məzunlar üçün bu imkanı artırıb. Y.Piriyev bildirib ki, 2019-2020-ci tədris ili üçün ali məktəblərə qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım var. Ötən il 45 599 nəfərlik plan yeri ayrılmışdısa, bu il qəbul planında 48 506 nəfərlik yer ayrılıb:

"Adətən qəbul planının dolma göstəricisi 90 % olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı da 7-8 min azdır. Bu da kollec məzunlarının ali məktəbə qəbul olmaq şansını artırır".