Bakıdakı Avropa Liqasının finalına bilet satışı davam edir

 12:06 23.05.2019     287

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışı davam edir. 

Redaktor.az-ın məlumatına görə, görüşü canlı izləmək istəyənlər üçün növbəti şans yaradılıb. 

Biletləri “Port Baku Mall”, “28 May Mall”, “Gənclik Mall” və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.

Qeyd edək ki, mayın 29-da keçiriləcək həlledici oyunda “Çelsi” və “Arsenal” üz-üzə gələcək.