Tərtərdə keçmiş məhkumdan çətənə kolları götürülüb - FOTO

 19:49 23.05.2019     444

Tərtər rayonunda keçmiş məhkumdan çətənə kolları götürülüb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarıcalı kənd sakini Eldar Əliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman yetişdirdiyi 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən