Qubada minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var

 22:33 23.05.2019     276

Quba rayonunda yol qəzası baş verib. 

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Əfsan Mehman oğlu Xalidbəyovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və burunun cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

Ə.Xalidbəyova ilkin tibbi yardım göstərilib, cərrahi müdaxilə olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən