Sabirabadda 49 yaşlı kişi balıq tutarkən ölüb
Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən ölüb.
Redaktor.az ONA-ya istinadən xəbər verir ki, mərhumun meyiti rayon morquna gətirilib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.












