Neftçalada mikroavtobus qəzasında xəsarət alanlar Bakıya gətiriliblər

 10:43 24.05.2019     309

Ötən gün Neftçalada baş verən yol qəzasında xəsarət alanlar Bakıya gətiriliblər.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, 4 nəfərin öldüyü qəzada yaralanan iki nəfər, 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı Bakıya gətiriliblər.

Onlar ötən axşam 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hazırda reanimasiya şöbəsində olan yaralıların vəziyyəti ortadır.

Qeyd edək ki, Neftçalada mikroavtobusla "KAMAZ" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən