Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib

 19:30 24.05.2019     362

Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Redaktor.az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram".

Vumart və Güvən reklamı Vumart Güvən