Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb - FOTO

 21:09 24.05.2019     341

Ermənistan silahlı qüvvələrinin nəzarət etdikləri Azərbaycan torpaqlarında törətdikləri alovu yağmurlu hava söndürüb.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, erməni hərbçilər havanın küləkli olmasını fürsət bilərək Şıxlar kəndi ərazisində yanğın törətməyə cəhd ediblər.

Alovun genişlənərək qoşunların qarşıdurma xəttini və ya Ağdamın cəbhəyanı yaşayış məntəqələrini keçməsinin qarşısı isə yağışlı hava şəraiti nəticəsində alınıb.