“Azərişıq” hava ilə bağlı qabaqlayıcı və zəruri tədbirlər görür

 23:34 24.05.2019     347

Mərkəzi Aran regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 24-i axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.