Daşkəsən rayonuna güclü leysan yağış yağıb, dolu düşüb

 23:53 24.05.2019     384

Daşkəsən rayonu ərazisinə dolu ilə müşayiət olunan leysan yağış yağıb. Güclü külək əsməsi nəticəsində rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, güclü küləyin təsirindən çox sayda ağac aşıb.

Baş vermiş təbii fəlakətlə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat veril. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır, daxili imkanlar hesabına bərpa işləri, ardıcıl müvafiq tədbirlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən