Bakıda itkin düşən 11 yaşlı qız tapıldı

 10:16 25.05.2019     326
Bakının Sabunçu rayonunda itkin düşən 11 yaşlı qız tapıldı
 
Redaktor.az-a daxil olan məlumata görə, Muxtarov küçəsi nömrəsiz evdə yaşayan 2008-ci il təvəllüdlü Ruşanova Dəniz İlqar qızı mayın 23-ü saat 20:00-da evdən çıxıb və geri qayıtmayıb. Bu barədə itkin düşmüş qızın anası Ruslanova Zinarə Vidadi qızı 24 may  saat 07:30-da 12-ci PŞ-nə müraciət edib. 
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Ruşanova Dəniz mayın 24-ü saat 09:30 radələrində tapılaraq ailəsinə təhvil verilib.
 
Gülşən Şərif / Redaktor.az