Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək - XƏBƏRDARLIQ!

 14:28 25.05.2019     342

Yaxın üç gün ərzində Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, mayın 26, 27 və 28-də respublikanın rayonlarında hava şəraitinin dəyişkən olacağı gözlənilir.

Mayın 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən