Cavandan xalq artisti olmasına reaksiya: Yıxılacam bu dəqiqə

 15:45 25.05.2019     263

Müğənni Cavan Zeynallı Xalq artisti fəxri adını almasından xəbərsiz olub.

Redaktor.az xəbər verir ki, o, bu barədə Report-a özü danışıb.

Müğənni bu xəbərə, "Dəqiq məlumatdır? Evdə oturmuşam, heç nədən xəbərim yoxdur. Dəqiq? Tüklərim biz-biz oldu, yıxılacam bu dəqiqə", - deyə, reaksiya verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavan (Cavanşir) Zeynallıya xalq artisti adı verilib.