Bakıda hərəkətdə olan avtomobilin təkəri çıxıb - FOTO

 18:39 25.05.2019     396

Bakıda qəza olub.

Redaktor.az xəbər verir ki, ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin arxa sol təkəri qəfil çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı maşına dəyib. “Mercedes” markalı maşın isə yoldan çıxaraq beton səkiyə çırpılıb.

Hadisə nəticəsində yolda bir neçə avtomobil qəza vəziyyətinə düşüb.

Həmçinin qəza nəticəsində prospektdə tıxac yaranıb.

Vumart və Güvən reklamı Vumart Güvən