Abşeronda orta məktəbdə dava düşüb, şagirdin burnu sınıb

 09:16 26.05.2019     365

Abşeronda 2 nömrəli tam orta məktəbdə dava düşüb, 9-cu sinif şagirdi xəsarət alıb.

Redaktor.az-ın ona.az-a istinadən xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb. 

9-cu sinifdə oxuyan 15 yaşlı Həmidzadə Asif Həsib oğlu sinif yoldaşları ilə əlbəyaxa dava edib. Nəticədə o, döyülərək xəsarət alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məlum olub ki, A.Həmidzadənin burun sümüyü sınıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

Vumart və Güvən reklamı Vumart Güvən