Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər xəsarət alıb
Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, yaralananlar var.
Redaktor.az ONA-nın Mingəçevir bürosuna istinadən xəbər verir ki, hadisə az öncə rayonun Hacıselli kəndi yaxınlığında baş verib.
“Kamaz” markalı yük maşını “VAZ2106” markalı minik avtomobili ilə ilə toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












