Bakıda taksi sürücüsündən inanılmaz hərəkət - VİDEO

 18:37 26.05.2019     483

Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, yolun şəhərin mərkəzinə doğru olan hissəsində tez-tez uzunmüddət davam edən tıxaclar bəzən sürücülərin səbir kasasının dolmasına səbəb olub. Belə hallardan biri mayın 24-də yaşanıb. Belə ki, “Azneft” meydanına doğru yolun hərəkət zolağında xeyli tıxacda gözləyən taksi sürücüsü qaydaları pozaraq avtomobilini yolun ortasındakı ayırıcı zolağın üstünə çıxarıb. O, idarə etdiyi “Mercedes” markalı avtomobili hündürlüyü 20-25 sentimetr olan zolağın üzərinə çıxardıqdan sonra sürətlə hərəkət edərək ərazidən uzaqlaşıb.

Hadisəni əks etdirən videonu təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən