Sabirabadda çay evi yanıb

 09:09 27.05.2019     395

Sabirabad rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bir dam altında tikilmiş, hər birinin sahəsi 30 m² olan 2 mağaza və çay evinin lambirindən ibarət tavanı 90 m² sahədə yanıb.

Hər iki mağazanın, çay evinin qalan hissəsi və bitişik digər tikililər yanğından mühafizə olunub.

Baş vermiş hadisə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən