Bakıda güclü külək 5 ağacı aşırdı - FOTOLAR

 09:17 27.05.2019     358

Bakıda ötən gün əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 5 ağac aşıb.

Redaktor.az trend.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi, Binəqədi, Suraxanı, Yasamal və Sabuncu rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub.

Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da vurğulayıb.

222
Vumart və Güvən reklamı Vumart Güvən